İraqda partlayış olub

Bu gün İraqın Fəlluca şəhərində iki partlayış olub. 5 adam ölüb, azı 10 adam yaralanıb.

Əvvəlcə minalanmış birinci maşın partlayıb, bir polis əməkdaşı ölüb. İkinci partlayışda isə mülki adamlar həlak olub.

Fəllucanın əhalisi əsasən sünnilərdən ibarətdir.