Gəncənin yeraltı yolları bərpa olunacaq

Bu barədə yeni yaranmış Şəhərsalma və Memarlıq Şurası məlumat verib.

Şuradan bildirilib ki, Gəncənin qədim dövrlərdən mövcud olan, yaşı bir neçə əsrə çatan yeraltı yolları və digər kommunikasiya qurğuları bərpa ediləcək.

Gəncə şəhərinin altında bəzi yerlərdə eni bir neçə metrə çatan, ümumi uzunluğu on kilometrlərlə ölçülən, şəhərə və şəhər ətrafına bir neçə çıxışa olan yol xətləri mövcuddur.