"Trend" agentliyinin saytına haker hücumu olub

Ötən gün "Trend" İnformasiya Agentliyinin saytı haker hücumuna məruz qalıb.

Hakerlər saytın proqram təminatına zərərli java-kodu yerləşdiriblər.

Nəticədə "Google Chrome" və "Mozilla Firefox" vasitəsilə agentliyin saytına giriş bloka düşüb.

Agentliyin texniki qrupu problemi aradan qaldırıblar və hazırda istifadəçilər üçün heç bir əngəl yoxdur.