Rusiya yenidən Buşehr stansiyasına yanacaq vurur

Rusiyanın “Atomstroyeksport” şirkəti məlumat verir ki, İranın Buşehr atom elektrik stansiyasına nüvə yanacağının doldurulmasına başlayır.

Bundan əvvəl şirkət sızma qorxusuna görə həmin stansiyanın reaktoruna nüvə yanacağı doldurulmasını dayandırmışdı. Buna görə İran rəsmiləri Rusiya şirkətini ittiham edirdilər. Onlar iddia edirdilər ki, gecikmə texniki yox, siyasi səbəblərlə bağlıdır.