Gələn həftə Pentaqonun təhlükəsizlik sahəsində təhdidlərin azaldılması Agentliyinin direktoru Kennet Mayers Azərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd Azərbaycanla ABŞ arasında təhlükəsizliyə qarşı təhdidlərin azaldılması sahəsində ikitərəfli münasibətləri müzakirə etməkdir.
/ANSPRESS
/ANSPRESS