Obamanın hökumətin dayanmansının qarşısını almaq cəhdi uğursuz olub

ABŞ prezidenti Barak Obama bu axşam federal hökumətin dayanmasının qarşısını almaq üçün büdcə məsələlərini Konqres liderləri ilə müzakirə edib. Amma hələlik bir nəticə əldə edilməyib.

Demokratlar və Respublikaçılar ölkənin üzləşdiyi borc böhranından xilas olması üçün büdcənin xərc hissəsinin nə qədər kəsilməsi üstündə razılaşa bilmirlər. Əgər onlar razılaşa bilməsələr, şənbə günü pul çatımazlığına görə ölkədə əksər federal idarələr işləməyəcəklər.