«Magistraturada təhsil alanlar hərbi xidmətə çağırılmasın»

Abel Məhərrəmov

«Doktorantura və magistraturadan hərbi xidmətə çağırış elmin inkişafına mane olur».

Bu fikirləri aprelin 8-də Milli Məclisdəki çıxışında Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov deyib.

«Hazırda BDU-da 988 magistr təhsil alır ki, bunun da 687-si qız, 301-i oğlandır. Oğlanların əksəriyyəti hərbi xidmətə çağırılacaq, qızların da çoxu ailə qurandan sonra elmdən kənarlaşır. Belə olan halda bəs elmi kim irəli aparacaq?» - deyə rektor sual edib.

A. Məhərrəmov deyib ki, elə bu baxımdan da magistratura və doktoranturadan həbi xidmətə çağırılma məsələsinə yenidən baxılmalıdır.

Onun bu fikirlərini bir neçə deputat da müdafiə edib.