Amerikalı general Liviyada vəziyyətin dalana dirəndiyini deyir

Liviyada Gaddafi qüvvələrilə üsyançılar arasında qarşıdurma dalan dirənib.

Bu barədə amerikalı general Carter Hem bu gün ABŞ senatındakı dinləmələrdə bildirib.

O qeyd edib ki, hələlik müxalifətin məramı tam aydınlaşdırılmayınca üsyançıları silahlandırmaq olmaz.

ABŞ prezidenti Barack Obama bundan əvvəl Liviyaya quru qoşunları göndərilməsinin mümkünlüyünü istisna edib.