Qırğızlar Bakıyevin istefasının iıdönümünü qeyd edirlər

Qırğızlar bu gün keçmiş prezident Kurmanbek Bakıyevin istefasının birinci ildönümünü qeyd edirlər. Ötən il aprelin 7-də prezidentin istefasını istəyən etirazçılarla polis arasındakı qarşıdurmada 90-a yaxın adam ölmüş və yüzlərlə adam yaralanmışdı.

Bişkekdəki narazılıq 2005-ci ildə "Zanbaq inqilabı" adı altında hakimiyyətə gəlmiş Bakıyevi istefaya getməyə və ölkədən qaçmağa məcbur etdi. Bu gün Bişkekdə bu istefanın ildönümü xüsusi mərasimlə qeyd olunur.