Arif Hacılı və Məhəmməd Məcidli Bakı İstintaq Təcridxanasına köçürülüb

İctimai Palatanın 2 aprel mitinqində tutularaq haqlarında 2 aylıq həbs-qətimkan tədbiri seçilən Arif Hacılı və Məhəmməd Məcidli aprelin 5-də Bakı İstintaq Təcridxanasına köçürülüblər.

A. Hacılının vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı hələ Bakı istintaq təcridxanasına köçürülməyib. Bu da qanun pozuntusudur.

Vəkil deyib ki, mitinqdə həbs cəzası alanlar barədə çıxarılan məhkəmə qərarlarından apellyasiya şikayəti verəcəklər.