Bakıya toz Ərəbistan səhralarından gəlib

Tozlu havanın aprelin 6-dək davam edəcəyi bildirilir

Bir neçə gündür Bakıda müşahidə olunan tozun səbəbi bəlli olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, buna səbəb Ərəbistan səhralarında toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Toz hissəcikləri cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatıb.

Hazırda havada olan tozun miqdarı normadan 1.5-2.5 dəfə çoxdur.

Tozlu havanın aprelin 6-dək davam edəcəyi bildirilir.