Obama yeni prezident seçkisində də iştirak edəcək

ABŞ prezidenti Barak Obama 2012-ci ildə keçiriləcək prezident seçkisində də iştitak edəcəyini açıqlayıb.

Obama öz tərəfdarlarına göndərdiyi e-maildə onlardan özünün birinci prezidentlik dövründə aparılan dəyişiklikləri müdafiə etmək üçün yenidən səfərbər olmağı xahiş edir.

Barak Obama prezidentliyə namizəd kimi sənədlərini bu həftə Federal Seçki Komissiyasına təqdim edəcək.