Azadlıq qəzetinin saytı bərpa edilib

«Azadlıq» qəzetinin internet səhifəsi bərpa olunub. Aprelin 2-də qəzetinin internet səhifəsinə haker hücumu olmuşdu.

Saytın veb-redaktoru Alı Rza saytın süni olaraq yükləndiyini bildirmişdi.

Dağıdılmış internet səhifəsi porno saytlara yönəldilmişdi.