Beynəlxalq Məhkəmə Tbilisinin Moskvaya qarşı iddiasını rədd edib

Aprelin 1-də Beynəlxalq Məhkəmə Gürcüstanın Rusiyaya qarşı iddiasını rədd edib.

Tbilisi bu məhkəməyə müraciətində Moskvanı Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyada etnik təmizləmə aparmaqda ittiham edirdi.

Məhkəmə qeyd edir ki, ona müraciət etməzdən əvvəl Tbilisi ilə Moskva məslənin həlli üçü öz aralarında müzakirələr aparmayıblar.

2008-ci ildə bu iki ölkə arasında qısamüddətli müharibədən sonra Moskva Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.