Əli Kərimli deyir ki, evinin qarşısındakı aksiyanı hakimiyyət təşkil edib

Bu gün əksəriyyəti gənclər olan 50-yə yaxın adam isə AXCP sədri Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirib.

Əllərində “Əli Kərimli+ radikal islamçılar, bərabərdir xaos” və müxtəlif plakatlar tutan gənclər “Yaşasın İlham Əliyev” , “Yeganə liderimiz İlham Əliyevdir” kimi şüarlar səsləndiriblər.

Aksiyaçılar müxtəlif gənclər təşkilatlarını təmsil elədiklərini bildirblər.

YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da aksiyada görünüb.

Amma o AzadliqRadiosuna aksiyanın təşkilatçısı və ya iştirakçısı olmadığını deyib.

Polis aksiyaya müdaxilə etməyib.

Əli Kərimli Azadlıqradiosuna müsahibəsində deyib ki, bu aksiyanı hakimiyyət təşkil edib.