«Azərbaycanda radiasiya təsiri və təhlükəsi yoxdur»

«Yaponiyadakı radiasiyanın Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur».

Bu barədə martın 31-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Yaponiyanın «Fukusima-1» Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da, bunun Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir.

Fərqli vəziyyət yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir.