Partlayışda 13 adam həlak olub

Pakistanda partlayış nəticəsində 13 adam həlak olub, 10-a yaxın adamsa yaralanıb.

Polisin məlumatına görə, intiharçının törətdiyi partlayış Svabi şəhəri ətrafında olub.

Həlak olanlardan biri polis əməkdaşıdır.