Martın 28-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, beynəlxalq qüvvələrin Muammar Qaddafiyə tabe olan hərbi dəstələrə hücum etməsi BMT-nin Liviya üzərindən uçuşların qadağan edilməsi qərarına daxil deyil.
Lavrov bildirir ki, BMT-nin qərarı olmasa da koalisiya qüvvələrinin Qaddafi ordusuna havadan zərbələr endirməsi və müxalifətin silahlı qruplarının hücumlarını dəstəkləməsi barədə xəbərlər var.
Rusiya BMT-nin Təhülkəsizlik Şurasında Liviya üzərindən uçuşların qadağan edilməsi qərarının qəbuluna mane olmayıb. Martın 17-də çıxarılan qərarda isə deyilir ki, bu ölkənin üzərindən uçuşlara qadağa qoyulmalı və mülki sakinlərin qorunması üçün bütün lazım olan addımlar atılmalıdır.