Martın 27-də Azərbaycan yay vaxtına keçir

Saat

Martın 27-də gecə saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək.

1981-ci ildən Azərbaycanda müntəzəm olaraq qış və yay vaxtına keçilir. Yay və qış vaxtlarına keçmək kampaniyasında Avropa İttifaqının bütün ölkələri daxil olmaqla, 110 ölkə iştirak edir.

Yaponiya, Cənubi Koreya, Çin vaxtın dəyişdirilməsindən imtina ediblər. Bu ildən Rusiya da onlara qoşulub. /Turan/