'500 manat verirəm ki, uşağımı döyəsiz?' — Özəl bağçadan şikayət

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı sakini Elnur Əliyev aylıq 500 manata yaxın ödəniş etdiyi özəl bağçada övladına şiddət göstərildiyini deyir. O, 7 ay ərzində uşağın bədənində bir neçə dəfə göyərti aşkarladığını, bağça rəhbərliyinin isə bunu müxtəlif bəhanələrlə ört-basdır etdiyini bildirir. Bəs özəl bağçalara kim nəzarət edir və yeni maliyyələşmə modeli bu problemləri həll edə biləcəkmi?