'Euronews'a 1.7 milyon, turistə viza – 3 milyon hara getdi?
Sizin brauzer HTML5-i dəstəkləmir
Dövlət Turizm Agentliyi son iki ayda Azərbaycanın xaricdə tanıdılmasına təxminən 3 milyon manat vəsait xərcləyib. Bu məbləğin 1.7 milyon manatı Bakıda yeni fəaliyyətə başlayan "Euronews" beynəlxalq telekanalının nümayəndəliyinə yönəldiləcək. İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, daxili problemlər həll olunmadan aparılan bahalı PR kampaniyaları büdcə vəsaitlərinin səmərəsiz xərclənməsindən başqa bir şey deyil: "Azərbaycan xaricdə söz azadlığının sıxışdırıldığı ölkə kimi tanınır. Digər tərəfdən, turistlərin gəliş dinamikası göstərir ki, aparılan reklamlara rəğmən Avropa İttifaqından gələnlərin sayı artmır. Çünki burada viza problemi var, aviabiletlər və otellər isə çox bahadır".