Müəllimlər imtahana etiraz edir: 'Sertifikasiya əzbərçilikdən başqa bir şey deyil'

Sizin brauzer HTML5-i dəstəkləmir

Nazirlər Kabineti 2020-ci ildə dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma qaydasını təsdiq edib. Bu qaydalara əsasən, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, təhsilverənlər 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.