Co Bayden Ukraynanın xarici və müdafiə nazirləri ilə görüşüb

ABŞ və Ukrayna nümayəndələrinin Polşada görüşü, Varşava, 26 mart 2022

Martın 26-da ABŞ prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikovla görüşüb. Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə,səhər saatlarında Dmitri Kuleba və Aleksey Reznikov ABŞ dövlət katibi Entoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə də görüşüblər.

Bu görüşdən sonra Kuleba tvitter hesabında yazıb: “2+2 formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimət qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sferasında praktik həllər axtarmağa imkan verir”.

Danışıqların nəticələri hələlik açıqlanmayıb. Görüşlər Co Baydenin Avropa turunu bitirdiyi Varşavada keçirilib. ABŞ prezidentinin bu gün Ukraynadakı müharibə ilə bağlı “böyük çıxış” edəcəyi gözlənilir. O da xəbər verilirki, Kiyev vaxtı ilə saat 17:00-da başlayacaq Baydenin çıxışı canlı yayımlayacaq.

Buna da bax:

Rusiya nüvə silahından nə vaxt istifadə edə bilər-Medvedevdən açıqlama