2007-ci il yanvarın 1-dən köhnə nümunəli pul nişanları ödəniş vasitəsi kimi qəbul olunmayacaq

Qarşıya çıxa biləcək suallarla bağlı Milli Bankda "qaytar xətt" açılıb

Dekabrın 6-da Milli Bankın Mətbuat xidmətinin yaydığı məlumatda bildirir ki, 2006-cı ilin başa çatmasına az vaxt qalması ilə əlaqədar ölkə ərazisində 1 yanvar 2007-ci il tarixdən etibarən köhnə nümunəli pul nişanları ödəniş vasitəsi kimi qəbul olunmayacaqdır. Həmin tarixdən köhnə nümunəli pul nişanları məbləğindən asılı olmayaraq yalnız Milli Bank və onun qurumlarında məhdudiyyətsiz və müddətsiz olaraq dəyişdiriləcək.

Məlumatda o da bildirilir ki, 31 dekabr 2006-cı il tarixinədək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün banklarda köhnə nümunəli pul nişanlarının yeni manata dəyişdirilməsi komissiya haqqı tutulmadan həyata keçirilir.


Qarşıya çıxa biləcək suallarla bağlı Milli Bankda açılmış "qaytar xəttə" – 493 13 23 nömrəli telefona müraciət edə bilərsiniz.