Səudiyyə Ərəbistanında «əl-Qaidə» ilə əlbir olmaqda şübhəli bilinən 130-dan çox adam həbs olunub

Son aylarda Səudiyyə Ərəbistanında «əl-Qaidə» ilə əlbir olmaqda şübhəli bilinən 130-dan çox adam həbs olunub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verir.

«Əl-Qaidə» təşkilatı bu ölkədəki hakim kral ailəsini devirəcəyini and içib.