Bolqarıstan təkrar seçkiyə hazırlaşır

Bolqarıstan-Slavi Trifonov

Bolqarıstanda yeni parlament seçkisi gözlənir.

Buna səbəb ötən ay parlament seçkisində ən çox səs toplayan partiyanın yeni hökuməti formalaşdıra bilməməsidir.

“Belə bir xalq var” partiyasının rəhbəri Slavi Trifonov avqustun 10-da videomüraciətində bildirib ki, partiyaya rəğbəti olan digər 2 partiya onlara dəstək olmayacaqlarını bildirdiklərinə görə, hökumət yaratmaq qərarından vaz keçiblər.

Bu partiya İyulun 11-də keçirilmiş seçkidə 240 yerlik parlamentdə 65 yer qazanıb.

Trifonov həmçinin deyib ki, onun partiyası, koalision hökumət yaratmaq istəyən heç bir partiyanı dəstəkləməyəcək və bu o deməkdir ki, ölkə yeni seçkilərə yaxınlaşır.

Keçmiş baş nazir Boyko Borisovun “GERB” partiyası isə parlamentdə cəmi 63 yer qazana bilib. O da bundan əvvəl hökumət yaratmayacağını bildirib.

Parlamentə düşən digər partiyalarınsa bunun üçün yetərincə mandatı yoxdur.

Ölkə prezidenti Rumen Radev iyun seçkilərini, məhz eyni səbəbdən təyin eləmişdi.

Bundan əvvəl-apreldə keçirilmiş parlament seçkisində də siyasi partiyalardan heç biri yetərincə mandat qazana bilmədiyindən, hokuməti formalaşdırmaq mümkün olmadı.