Ermənistanda seçkinin yekun nəticələri açıqlanıb

Ermənistan, MSK-nın iclası, 27 iyun 2021

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 27-də erkən parlament seçkiləri ilə bağlı səsvermənin yekun nəticələrini açıqlayıb.

Yekun nəticəyə görə, iyunun 20-də ölkədə keçirilən erkən parlament seçkilərində Nikol Paşinyanın "Mülki Müqavilə" partiyası səslərin 53,91% -ni qazanaraq qalib olub.

Səslərin 21,9 faizini keçmiş prezident Robert Koçaryanın "Hayastan" ("Ermənistan") bloku toplayıb.

Səslərin sayına görə 5,22 faizlə üçüncü yerdə «Mənim şərəfim» bloku gəlir. (əsas namizəd Artur Vanesyan ) Bu blok seçki qanunvericiliyində tələb olunan 7%-lik həddi keçməsə də üçüncü ən çox səs toplayan siyasi güc kimi parlamentə daxil olur.

Ermənistanda keçirilən erkən parlament seçkilərində 25 siyasi partiya və blok iştirak edib.

MSK sədri Tiqran Mukuçyanın açıqladığı məlumata görə, səsvermə hüququ olan 2 595 515 seçicidən 1 281 997 nəfəri və ya 49,39% seçkilərdə iştirak edib.