Ukrayna NATO-nun ‘ləngliyindən’ narazıdır

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

Kiyev NATO-nu Ukraynanın üzvlüyü məsələsində “ləngliyinə” görə tənqid edib.

Ukrayna alyansın gələn ay keçiriləcək sammitinə dəvət olunmamasından çaşqınlıq keçirdiyini bildirib.

NATO sammiti iyunun 14-də Brüsseldə keçirilməlidir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba mayın 26-da deyib:

“Biz müttəfiqlərin qapalı sammit keçirmək istədiklərini başa düşürük, amma bu sammitə Ukraynanın dəvət edilməməsinin necə mümkün olmasını anlamırıq”.

Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəllərində NATO-nu Qara dəniz regionundakı mövcudiyyətini gücləndirməyə çağırmış və Vaşinqtondan qarşıdan gələn sammitdə Ukraynanın NATO üzvlüyü üçün hərəkət planına dəstək verməsini rica etmişdi.

Kiyevdə ATƏT-in baş katibi Helqa Smidlə birgə keçirdiyi mətbuat konfransında Kuleba “özünün açıq qapılar siyasətini daim təsdiqlədiyinə görə” NATO-ya minnətdar olduğunu bilirib, amma əlavə edib ki, “bu istiqamətdə bircə addım da atılmayıb”.

Buna da bax: Paşinyan yenə də KTMT və Rusiyaya çağırış edir (Video)

“Toz basmış qərar”

2008-ci ildə Buxarestdə keçirilən sammitində NATO bəyan etmişdi ki, Ukrayna gələcəkdə potensial baxımdan alyansa üzv ola bilər.

Ukraynanın xarici işlər naziri mətbuat konfransında daha sonra deyib:

"Bizi Ukraynada islahatların ləngliyinə görə qınayırlar. Bəs biz onda alyansda qəbul olunan qərarların icrası barədə nə deyək?”

Kuleba deyib ki, “NATO-nun Ukrayna barədə qərarını 13 ildə toz basıb”.

Bu yaxınlarda Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın “standartlara cavab verən ölkələr” üçün NATO-nun “açıq qapılar” siyasətini dəstəklədiyini təsdiqləmişdi.

Lakin o əlavə etmişdi ki, “Ukrayna hələ daha stabil, daha demokratik, firavan və azad ölkə üçün zəruri olan islahatları həyata keçirməlidir”.