Qorxmaz Hüseynov  işdən çıxarıldı 

Qorxmaz Hüseynov (soldan ikinci)

Mayın 4-də Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qorxmaz Hüseynov 2011-ci il fevralın 16-dan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışırdı.

O, 1965-ci ildə Cəbrayıl rayonunun İsaqli kəndində doğulub.

1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları"nda iqtisadçı-mühasib vəzifəsində başlayıb. 2006-2007-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.