Mexikoda metro körpüsünün uçması nəticəsində azı 20 nəfər ölüb, onlarla xəsarət alan olub. Məlumatı şəhərin hakim orqanları mayın 4-də açıqlayıb.
Körpü qatar keçərkən onunla birlikdə uçub. Təhlükəsizlik kameraları görüntülərində şəhərin cənub hissəsində təxminən 5 metr hündürlükdən yola doğru sallanmış vaqonları görünür.
Ölənlərin içində uşaqların olduğu, 70 nəfərin xəsarət aldığı bildirilir.
Qəza metronun 12-ci Xəttində baş verib. Onun tikintisi zamanı şikayətlər, qaydaların pozulmasıyla bağlı ittihamlar səslənirdi.