Azad Rəhimov vəfat edib 

Azad Rəhimov

Aprelin 30-da Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.

Bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Turan İnformasiya Agentliyinə təsdiqləyiblər.

Bir müddət əvvəl ABŞ-da müalicə olunan nazir 57 yaşında idi.

Onun cənazəsi Azərbaycana gətiriləcək.

Azad Rəhimov 2006-ci ilin fevralından bu vəzifəni tuturdu.