Rusiyada koranavirusdan ölənlərin sayı 225 mini keçib

Tibb işçiləri regional xəstəxanada, Tver, Rusiya, dekabr 2020

2020-ci ilin aprelindən 2021-ci ilin fevralına qədər Rusiyada koronavirusdan 225 mindən çox adam ölüb. Bu badərə aprelin 2-də Rusiya Milli Statistika Agentliyi məlumat yayıb.

Koronavirsudan ölüm sayına görə Rusiya dünyanın üçüncüsüdür. Con Hopkins Univsitetinin məlumatına görə, koronavirus pandemiyasından ölənlərin sayına görə ABŞ dünyada birinci, Braziliya isə ikinci yerdədir.

Koronavirus pandemiyası yayılandan bu günə qədər ABŞ-da 553 min, Baziliyada isə 325 min ölüm halı qeydə alınıb.

Rusiya Milli Statistika Agentliyinin məlumatına görə, təkcə fevral ayında Rusiyada koronavirusdan 30 minə yaxın adam həyatını itirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeydə alınan ölüm statistikasını xeyli üstələyir.

Rusiya COVİD -19 əleyhinə qarşı vaksin istesal edən ölkələrdən biridir. Ölkənin rəsmi qurumları bu vaksinin evffeklilik səviyyəsinin yüksək olduğunu bildirir, amma ölkə vətəndaşlarının çoxsu bu vaksini vurdurmaq istəmir. Ötən həftə açıqlanan rəsmi məlumata görə, indiyə qədər Rusiya əhalisinin 5 faizdən bir qədər çoxu peyvənd vurdurub.