Aprelin 2-də Tayvanda qatar tuneldə relsdən çıxaraq qəzaya uğrayıb, azı 41 nəfər həlak olub. Bu son onillər ərzində adanın tarixində ən ağır dəmiryolu qəzası hesab olunur.
Hakim orqanlar tuneldə qalmış dörd vaqonun “dağıldığını”, xilasedicilərin içəridə qalanları çıxarmağa çalışdığını bildirir.
Tayvan dəmiryolu polisi 72 nəfərin xəsarət aldığını xəbər verir.
Ümumilikdə qatarda 350-dək sərnişin olub. Qəza həftəsonuna düşən ənənəvi bayram öncəsi baş verib.
Sonuncu dəfə Tayvanda 2018-ci ilin oktyabrında böyük qatar qəzası baş verib, 18 nəfər həlak olub.