Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarının bu ölkəyə səfəri ilə bağlı açıqlama yayıb.
Açıqlamada yazılıb ki, şəxsiyyət vəsiqəsi ilə səyahət ilə bağlı 2020-ci il dekabrın 10-da Bakıda imzalanan protokolun daxili təsdiq prosesi hər iki ölkədə başa çatdırılıb.
Bildirilib ki, protokol 2021-ci il aprelin 1-dən etibarən qüvvəyə minəcək.
"Beləliklə, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında "iki dövlət, tək millət" şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək", - deyə qeyd olunub.