Ermənistan yaralıların sayını açıqladı

Yaralı erməni hərbçi

2020-ci ilin payızında Azərbaycanla 44 günlük Qarabağ müharibəsi zamanı 11 minə yaxın erməni hərbi qulluqçu yaralanıb. Bu haqda Ermənistan Silahlı Qüvvələrinin hərbi-tibbi idarəçilik şöbəsinin rəis müavini Geqam Paşikyan jurnalistlərə bildirib.

Paşikyanın sözlərinə görə, onlardan 2%-nin yarası ciddi, 7%-nin ağır, 55%-nin yüngül olub. 885 nəfər əlilə çevrilib.

Silahlı Qüvvələr təmsilçisinin sözlərinə görə, hazırda 1500-ə yaxın hərbçi müalicə olunur.

Azərbaycan müharibə və atəşkəs bəyanatı nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Müharibədə Azərbaycan tərəfdən yaralı və əlil sayı hələlik, açıqlanmayıb.