Corciya ştatında masaj salonlarında 8 nəfər öldürülüb

Atlanta

ABŞ-ın Corciya ştatında Atlanta və ətrafında üç müxtəlif masaj salonunda 8 nəfər güllələnərək öldürülüb. Bu haqda yerli media martın 16-da xəbər yayıb.

Atlantadan 240 km cənub-qərbdə 21 yaşlı bir şübhəli saxlanıb.

Öldürülənlərin çoxu asiyalılardır. Amma yerli rəsmi araşdırma getdiyini, insidentin motivini açıqlaya bilməyəcəyini deyib.

Müşahidə kameralarına masaj salonlarına girən bir kişinin görüntüsü düşüb, bundan sonra şübhəlinin axtarışı başlanıb.

Şerifin ofisi kamera görüntülərini Facebook səhifəsində yayaraq ictimaiyyətdən onun müəyyənləşdirilməsində kömək istəyib.