Bolqarıstanlı populyar bloqer, AzadAvropa/AzadlıqRadiosu-nun konsultantı İhar Losik aclıq aksiyasını dayandırıb və təkadamlıq kameraya salınıb. O, ötən iyundan tərəfdarlarının qurama hesab etdiyi ittihamlarla həbsdədir.
Həyat yoldaşı Darya Losik onun martın 15-də aclığı dayandırdığını söyləyib.
Losik martın 11-də ona yeni ittihamlar irıli sürüləndən sonra biləklərini kəsərək aclığa başlamışdı. Daha öncə isə populyar Telegram kanalından istifadə edərək 9 avqust prezident seçkisi öncəsi “ictimai asayişi pozmağa hazırlıq”da ittiham olunub.
Alyaksandr Lukaşenka seçkini udduğunu iddia edir, müxalifətsə səsvermənin saxtalaşdırıldığını bildirir, onun istefasını tələb edir.
Belarusda avqustdan keçirilən etirazlarda 30 mindən çox saxlanan olub, yüzlərlə insan döyülüb, öldürülənlər var.
Lukaşenka və aparıcı rəsmilər Qərbin sanksiyaları ilə üzləşib. Qərb Lukaşenkanı Belarusun legitim lideri kimi tanımaqdan imtina edib.