ATƏT sədri vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Ann Linde

Martın 15-də ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycanda vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi ilə görüş keçirib.

Görüş iştirakçılarının verdiyi məlumata görə, orada insan hüquqları, demokratiya, qadınların hüquqlarının təmin edilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinə toxunulub.

Bildirildiyinə görə, Linde iki xalq arasında münasibətlərin bərpası zərurətini qeyd edib.

O, görüş iştirakçılarının Azərbaycandakı vəziyyət haqqında fikirlərini dinləyib və onlarla fikir mübadiləsi aparıb.

ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti martın14-də Azərbaycana gəlib. O, bundan əvvəl Azərbaycan Prezidenti və Xarici İşlər Naziri ilə görüşüb.