Gündəlik 353 yoluxma aşkarlanıb

Serbiyada xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
353 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 149 nəfər sağalıb.
Bu məlumatı martın 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 436, ötən müddət ərzində isə ümumilikdə 2 645 206 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var .

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.