İraqda ABŞ əsgərlərinin olduğu bazaya raket atılıb

Arxiv fotosu

İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiya bildirir ki, Amerika və digər koalisiya əsgərlərinin olduğu hərbi bazaya azı 10 raket atılıb.

Martın 3-də yerli vaxtla səhər 7:20-də qərbi Anbar vilayətindəki Eyn Əl-Asad hava bazasına raketlər buraxılıb, sözçü Veyn Marotto deyib.

İraq ordusu hücum nəticəsində böyük itki verilmədiyini, təhlükəsizlik qüvvələrinin insidentdə istifadə olunan buraxıcı qurğunu tapdığını bildirib.

İtkilər haqda açıqlama yoxdur.

Eyn Əl-Asad bazasında İraq qüvvələri, eləcə də İraqda İslam Dövlət ekstremist qrupuyla mübarizəyə kömək edən koalisiya əsgərləri yerləşir.

İki gün sonra Papa Frensis İraqa səfər etməlidir.

İraqdakı ABŞ hərbçilərinin bir neçə raket hücumuna cavab olaraq ötən həftə Birləşmiş Ştatlar Suriyanın şərqində İranın dəstəklədiyi hərbi hədəfləri vurub.