Borca görə 3 gündə 40 nəfər saxlanıb

Arxiv foto

Azərbaycanda 3 gün ərzində borca görə, 40 nəfər tutularaq təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin saytında kriminal xronika bölməsində yer alan statistikada qeyd edilir ki, borca görə, fevralın 23-də 13, fevralın 24-də 15, fevralın 25-də isə axtarışda olan 12 şəxs saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin yaydığı statistiakdan bəlli olur ki, əksər günlər belə hallar baş verir.