AB NATO ilə təhlükəsizlik əməkdaşlığını müzakirə edir

Jens Stoltenberq

Fevralın 26-da Avropa Birliyinin 27 liderinin onlayn sammitinin ikinci günündə müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunur.

Son illər AB müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq edir, müdafiə üzrə inkişaf layihələrinə birgə maliyyə planları üzərində işləyirlər.

Birliyin bəzi üzvləri AB-nin bu sahədə irəliləyişinin NATO-ya zərbə vuracağından narahatdır, özəlliklə də ABŞ Prezidenti Co Baydenin onu yenidən qurmağa çalışdığı bir dönəmdə.

NATO-nun Baş katibi Jen Stoltenberq blokla müdafiə alyansı arasında əməkdaşlıqla bağlı videomüzakirəyə qoşulub.

O, danışıqlardan öncə deyib ki, AB-nin cəhdləri qitədə hərbi cəhdlərə tam uyğundur.

Virtual sammitin birinci günü AB liderləri COVID-19-a qarşı vaksinlərin istehsalı və paylanmasını sürətləndirməyi boyun olublar.