2020-ci il Azərbaycanın mədənçıxarma sənayesində 3 min 571.5 kiloqram qızıl istehsal edilib.
Bu barədə AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.
Məlumatda habelə yazılıb ki, bu göstərici 2019-cu illə müqayisədə 3.8 faiz azalıb.
Məlumata görə, bu il yanvarın 1-nə olan vəziyyətə əsasən, 115.2 kiloqram hazır qızıl ehtiyatı var.