Sibirdə qocalar evində yeddi nəfər ölüb

Arxiv fotosu

Tümen regionunun rəsmiləri yanvarın 10-da bildiriblər ki, Borovski şəhərindəki qocalar evi qeydiyyata alınmayı

Rusiyanın qərbindəki Sibir regionunda qocalar evində yanğında yeddi nəfər ölüb.

Tümen regionunun rəsmiləri yanvarın 10-da bildiriblər ki, Borovski şəhərindəki qocalar evi qeydiyyata alınmayıb.

Qocalar evinin sahibi və iki yaşlı sakini binadan çıxa biliblər. Ölənlərin yaşının 70-dən yuxarı olduğu bildirilir.

İstintaq Komitəsinin məlumatına görə, qocalar evinin sahibi olan qadın saxlanıb və ona qəsdən törədilməyən qətl, təhlükəsizlik qaydalarının pozulması ittihamları irəli sürülə bilər.

Komitə sədri Aleksandr Bastrıkin istintaqı şəxsi nəzarətinə götürdüyünü deyib.

Rusiyada təhlükəsizlik qaydalarının pozulması nəticəsində ölümcül yanğınlar son vaxtlar tez-tez baş verir.

Təxminən bir ay öncə, Rusiyanın Başqırdıstan Respublikasında qocalar evində yanğında 11 nəfər ölüb.