Xarici İşlər Nazirliyindən Ermənistanın bəyanatına cavab

Azərbaycan XİN binası

Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin bu gün, yanvarın 9-da verdiyi bəyanatına cavab verib.

Orada qeyd edilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını tamamilə əsassız hesab edir və həmin bəyanatda yer alan iddiaları rədd edir.

XİN-i bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Beləki elə yanvarın 9-da Ermənistan XİN-i bəyanat yayaraq əsirlərin dəyişdirilməsi ilə bağlı məsələdə Azərbaycanı üçtərəfli bəyanatı və beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib.

Azəbaycan XİN-in məlumatda isə vurğulanır ki, saxlanılanların hamısı Şirak ( Ermənistan) vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan ərazilərində onun silahlı qüvvələrinin üzvlərinə, mülki əhalisinə qarşı diversiya, terror aktları törətmək məqsədilə yeridilib.

Açıqlamaya görə, istintaq zamanı müəyyən edilib ki, onlar 26 noyabr 2020-ci il tarixində, yəni üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra *(Azərbaycan-Rusiya -Ermənistan arasında imzalanan üçtərəli bəyanata görə 10 noyabr 2020-ci il tarixdə atəşkəs elan olunub-red. )Azərbaycan ərazilərinə göndəriliblər:

“Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə, mülki şəxslərinə qarşı terror aktları törədilib, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.”

Açıqlamaya görə, bəhs edilənlər atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun hərbi əsir hesab edilmir və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

10 noyabr sazişindən sonra da bölgədə bir neçə dəfə atəşkəsin pozulduğu, itkilərin olduğu bildirilib.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.