Minsk və Belarusun digər şəhərlərində Lukaşenko əleyhinə yeni ilin ilk etiraz aksiyası keçirilib.
AzadlıqRadiosunun belarus xidmətinin verdiyi məlumata görə, iri şəhərlərin müxtəlif rayonlarında toplaşan adamlar faktiki qadağan olunmuş qırmızı-ağ-qırmızı milli bayraqlarla Lukaşenko rejimini tənqid edən, demokratiyanı müdafiə edən şüarlar səsləndiriblər.
Son iki saata olan məlumata görə, aksiyaya cəhdə görə, Moskvada bir nəfər saxlanılıb.
Belarusda vətəndaşlar 9 avqustda keçirilən prezident seçkilərdən sonra etirazlara başlayıblar. Etirazçılar 1994-cü ildən hakimiyyətdə olan Lukaşenko idarəçiliyinin sona yetirilməsini tələb edirlər. Etirazçılar kimi dünyanın bir çox ölkəsi Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımır. Bu seçkilərdən sonra müxalifət liderləri və o cümlədən seçkidə Lukaşenkonun əsas rəqibi olan Svetlana Txanovskaya ölkədən çıxmaq məcburiyyətində qalıb. Bəzi müxalifətçilər isə həbsxanaya salınıb.