Rusiya prezidenti Vladimir Putin 2020-ci ilin sonunda iş adamları ilə ənənəvi görüşə qatılmayacaq. Bu barədə RİA Novosti prezidentin mətbuat katibi Dmitriy Peskova istinadla məlumat yayıb. Belə bir qərarın verilmə səsəbləri barədə hər hansı açıqlama verilmir.
Putin yeni il öncəsi biznesmenlərlə görüşür. 2019-cu ildə Kremldə təşkil olunan görüşdə əsasən milyarderlərdən Mixail Quseriyev, Mixail Proxorov, Mixail Fridman, Gennadi Timçenko, Vladimir Potanin və “Posneft”in nümayəndəsi İqor Seçin iştirak edib. Bu görüşdə iş adamları ilə ölkədəki iqtisadi vəziyyət müzakirə olunub.
Görüş iştirakçılarından biri o vaxt jurnalsitlərə ötən ilki görüşün əvvəlki görüşlərdən fərqli olaraq canlı dialoq olmadan keçirlidiyini deyib.
"Belə bir format var idi- bir qısa sual, sonra 10 dəqiqə prezident yayımlanırdı”
"Proyekt" dərgisinin sentyabrda yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyən bütün məmurlar və rəsmi şəxslər bu görüşdən əvvəl iki həftəlik karantindən keçməlidirlər. Bu qayda nazirlərə və iri şirkətlərin rəhbərlərinə də şamil olunur. Həmin vaxt Putinin mətbuat katibi bu məlumatın doğru olub olmadığına aydınlıq gətirməmişdi. Amma bir müddət sonra o, Putinlə görüşənlərin bəzilərinin iki həftəlik karantindən keçdiyini, bəzilərinin isə keçmdiyini demişdi.
Rəsmi məlumatlara görə, 68 yaşlı Putin hələki yeni koronavirus infeksiyasına yoluxmayıb və buna qarşı peyvənd də olunmayıb. Onun yaş qrupuna uyğun olmadığını əsas gətirən Putin, Rusiya istehsalı olan “Sputnik V” vaksinini də vurdurmayıb. Bu bəyanatdan qısa müddət sonra sözügedən vaksinin yaşı 60-dan yuxarı olanlar üçün nəzərdə tutulduğu bildirilib.