Yerevanda etirazlar davam edir

Yerevan, 11 dekabr, 2020-ci il

“Hakimiyyət müzakirələrə bir şərtlə başlamağa hazırdır ki, baş nazirin dediyi kimi, heç bir partiya digərini hədələməsin”, – parlamentin spiker müavini Alen Simonyan dekabrın 10-da jurnalistlərə deyib

Yerevanda müxalifət fəalları yolları kəsir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Dekabrın 11-də paytaxt mərkəzində küçələrə axışan etirazçılar “Nikolsuz Ermənistan”, “Nikol getməlidir!” şüarlarını səsləndiriblər.

Bir gün öncə isə Paşinyan və partiyası vaxtından əvvəl parlament seçkilərinin mümkünlüyünün “müzakirəsinə hazır olduğunu” bildirib.

“Hakimiyyət müzakirələrə bir şərtlə başlamağa hazırdır ki, baş nazirin dediyi kimi, heç bir partiya digərini hədələməsin”, – parlamentin spiker müavini Alen Simonyan dekabrın 10-da jurnalistlərə deyib.

Buna da bax: HRW Qarabağ müharibəsini araşdırıb

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin adından atəşkəs bəyanatı yayılandan müxalifət tərəfdarları etirazlara çıxır, Paşinyanın istefasını tələb edirlər.

Onlar Azərbaycanın 1990-cı illərdə nəzarəti itirdiyi torpaqları geri alması barışa bilmir, yeni, aralıq hökumətinin təsis olunmasını, bir neçə aya vaxtından əvvəl seçkilər keçirilməsini tələb edirlər.

Müzakirə gedir

2018-ci ildə küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş Paşinyan isə istefa vermək fikrində olmadığını bildirib. O, atəşkəs bəyanatını imzalamasını milli təhlükəsizliyin təminatı üçün məsuliyyət daşıması ilə izah edib.

Buna da bax: Erdoğan Ermənistanla sərhədi açmağın mümkünlüyündən danışıb

Müstəqil deputat, Paşinyanın istefasını tələb edən müxalifət qüvvələrinə tənqidi yanaşan Arman Babacanyan deyib ki, partiyası məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr aparıb.

“Müzakirələr davam edir və ümid edirik, onlar faydalı olacaq, seçkiləri təyin etmək qərarıyla nəticələnəcək”, – o deyib.

Dekabrın 10-da Paşinyan hökumətin həftəlik iclasını keçirəndə Yerevanda əsas hökumət binası qarşısında yüzlərlə müxalifət tərəfdarı etiraza çıxıb.

40-dan çox etirazçının saxlandığı bildirilir.

9 noyabr bəyanatına uyğun olaraq, Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf rayonlara nəzarəti ələ alıb. 1994-cü ilədək Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 rayonu işğal olunmuşdu.