Noyabrın 24-də Səbail rayon Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
V.Hacıyev vəzifə cinayətlərində - Cinayət Məcəlləsinin (CM) 179.3.2 (küllü miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.
V.Hacıyev həbs qərarından apellyasiya şikayəti vermişdi, şikayət qəbul edilmədi.
O, 2020-ci il mayında həbs edilmişdi. Son iki ildə Azərbaycanın bir çox icra hakimiyyəti başçısı oxşar ittihamlarla həbs edilib.