Zelenski və administrasiya rəhbəri virusa yoluxublar

V.Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski və administrasiyasının rəhbərində bu həftənin əvvəlində koronavirus aşkarlanıb və xəstəxanaya yerləşdiriliblər.

Zelenski və Andriy Yermak Kiyevdə Feofaniya Klinik Xəstəxanasında müalicə alırlar, Yermakın müşaviri Mixaylo Podolyak noyabrın 12-də “Ukrainska Pravda” onlayn qəzetinə müsahibəsində deyib.

Zelenski əvvəlcə evinə getsə də, sonrada təcrid olunmaq və heç kəsi yoluxdurmamaq üçün Feofaniya xəstəxanasına gedib.

Prezident idarəsi ölkə başçısının koronavirusa yoluxduğunu noyabrın 9-da açıqlamışdı, ancaq onun özünü yaxşı hiss etdiyini, “məsafədən özünütəcrid rejimindən vəzifəsini icra edəcəyini” deyirdi.

Bundan sonra Yermakın da testinin nəticəsinin müsbət çıxdığı açıqlandı.

Maliyyə və müdafiə nazirlərinin də virusa yoluxduğu xəbər verilib.

Ukraynada indiyədək 501 minə yaxın yoluxma təsdiqlənib, 9 min 145 nəfər vəfat edib.